Şənbə , 15 Mart 2025
Drone Cameras

Qəzzada təhlükəli vəziyyət… İsrail bölgəyə hərbi texnika yığır, Netanyahu genişmiqyaslı müharibə ilə təhdid edir…

img

İsrail ordusu, fələstinlilərin 1976-cı ildən bəri qeyd etdikləri “Torpaq günü”nün 43-cü ildönümü ərəfəsində blokadada olan Qəzza zolağı sərhədinə hərbi texnika toplamağa başlayıb.

Boyukmillet.com xəbər verir ki, “Fələstin Torpaq günü”nün 43-cü ildömünü səbəbindən şənbə günü Qəzza sərhədində kütləvi nümayişlər keçiriləcəyi gözlənilir.

Belə bir vaxtda bölgədə İsrailin hərbi hərəkətliliyi diqqət çəkir. İsrail ordusu sərhədə çox sayda tank və zirehli texnika yeritməsi “İsrail müharibəyə hazırlaşır?” sualını gündəmə gətirib. Yerli mətbuat isə bunu Qəzzadakı Fələstin qruplarına “gözdağı” kimi dəyərləndirir. İsrail ordusu balon kameralarla bölgəni havadan 24 saat nəzarətdə saxlayır.

Bir gün əvvəl Qəzza sərhədində yerləşən İsrail əsgərlərini ziyarət edən İsrailin baş naziri Binyamin Netanyahu mühasirə altındakı Qəzza zolağına “əməliyyat” təhdidi irəli sürüb. Geniş miqyaslı bir müharibə başlatmaq məcburiyyətində qalacaqları təqdirdə bundan imtina etməyəcəkləri deyən Netahyahu “Digər bütün seçimlər başa çatdıqdan sonra, bütün İsrail vətəndaşlarının məlumatı olsun ki, əgər geniş miqyaslı müharibəyə üz tutmaq məcburiyyətində qalsaq buna güclü şəkildə daxil olarıq” ifadələrini işlədib.

 

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir