Cümə , 29 Mart 2024
Drone Cameras

“Qafqazdan türkləri yox eləmək istəyirdilər” – Türkiyəli jurnalist 31 Mart Soyqırımından DANIŞDI

“Qafqazdan türkləri məhv etmək istəyirdilər, minlərlə türk öldürdülər, amma türklər dik durdular! Əslində Osmanlı imperiyasını parçalayaraq müsəlman türkləri müdafizəsiz qoyan imperialistlər Qafqaz kimi strateji bir bölgədə türkləri buraxmamaq üçün bir sıra amansız və insanlığa sığmayan qırğınlara başladılar”.

Boyukmillet.com xəbər verir ki bu sözləri Ednews-a Türkiyənin “Yeni Akit” qəzetinin Ankara xəbər müdiri, araşdırmaçı yazar Məhəmməd Kutlu 31 Mart Soyqırım Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, antitürk imperialistləri əvvəlcə Azərbaycan torpaqlarını parçaladılar, sonra Azərbaycan türklərini qırmağa cəhd etdilər. Bu baxımdan imperialistlərin Azərbaycan türklərini məhv etmək üçün planlı şəkildə hərəkət etdiyi aydın görünür:

“Tarixdə baş verən ağrılı hadisələri xatırlayanda Rusiya ilə İran arasında iki müharibənin, sonunda imzalanmış Gülüstan və Türkmənçay müqavilələri xatırlanır. 1813-1828-ci illər qardaş Azərbaycan üçün ağır nəticələndi və Azərbaycanın ikiyə parçalanmasına səbəb oldu. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçdi.

Mart hadisələri kimi tanınan, Rusiya vətəndaş müharibəsi zamanı bolşevik-Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) ilə Müsavat Partiyası diviziyasının münaqişəsi zamanı 1918-ci il martın 31-də Bakıda dinc əhalinin həlak olması tarixə qara ləkə kimi düşüb. Erməni İnqilab Federasiyası Bakıya nəzarət edən bolşeviklərin dəstəyi ilə Müsavata qarşı əksinqilabçıları yatırmaq üçün hərbi əməliyyata başladı. Münaqişə və insident nəticəsində 12 minə yaxın insan həlak olub, şəhərdəki məscidlər, məktəblər və müxtəlif memarlıq tikililəri yandırılaraq dağıdılıb. Şamaxıda 55 min, digər şəhərlərdə isə 35 min azərbaycanlı müxtəlif işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ölənlərin 70 faizi qocalar, qadınlar və uşaqlar kimi həssas insanlardan ibarətdir”.

Türkiyəli jurnalist əlavə etdi ki, Bakıdan sonra Quba, Şamaxı, Gəncə və digər şəhər və rayonlara yayılan qırğın Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun bölgəyə gələrək hadisələrə müdaxiləsi ilə sona çatdı:

“Tarix boyu türklüyü yox etmək istəyən şər və qaranlıq imperialist güclər bu yolda saysız-hesabsız qırğınlar törətmiş, saysız-hesabsız günahsız türkləri qətlə yetirmişlər. Ancaq türklər yox olmaqdan uzaq, güclənərək ayağa qalxdılar və xeyirlə şərin savaşında yaxşılığın tərəfində olmağa davam etdilər. Bölgədəki imperialistlərin marionetası olan Ermənistanın son 30 ildə azərbaycanlılara qarşı törətdiyi qırğınlar da yaddaşlarda öz acı yerini qoruyub saxlayır. Dünyanın ən böyük imperialist dövlətlərinə dəstək verərək türklərə qarşı qırğınlar və sürgünlər təşkil edən ermənilər 2-ci Qarabağ müharibəsində qalib Azərbaycan Ordusu tərəfindən məğlub edilərək Qarabağdan qovulmuşlar. Bu, türklərin heç vaxt zülmə boyun əyməyəcəyini, hər zaman zalıma yerlərini göstərəcəklərini dünyaya bir daha göstərdi.

Bəşəriyyətin mənfur düşmənləri tərəfindən qətlə yetirilən Azərbaycan türklərini yad edirəm. Məkanları cənnət olsun!”

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …