Bazar , 5 Aprel 2026
Drone Cameras

Qara Qarayev: Azərbaycan himni bu qədər fitə basılmamışdı

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Millətlər Liqasının VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra matç haqqında fikirlərini bölüşüb.

Mətbuat konfransında məğlubiyyətlə yanaşı, kosovolu azarkeşlərin himnimizi fitə basması müzakirə mövzusu olub.

“Heç bir stadionda Azərbaycan himni bu qədər fitə basılmamışdı. Bu yaxşı hal deyil. Bakıya gələndə xalqımız onları normal qarşılayıb. Siyasi məsələlərdən asılı olmayaraq, kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz. Bu hal futbolçularımızı qıcıqlandırdı”,- deyə o bildirib.

(minval.info)

 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir