Cümə , 3 May 2024
Drone Cameras

Qarabağ Dirçəliş Fondu ABA ilə əməkdaşlıq memorandumu imzalayacaq

Bu gün Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin üzvləri ilə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

Onun sözlərinə görə, görüşdə ondan başqa, Fondun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, ABA-nın prezidenti Zakir Nuriyev, həmçinin bank sektorunun nümayəndələri iştirak edib.

Tədbirdə çıxışlar edilib, daha sonra sual-cavab sessiyası olub, müxtəlif layihələr barədə təkliflər müzakirə olunub.

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olunub.

Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb. Yaxın günlərdə Fond ilə ABA arasında əməkdaşlığa dair memorandumun imzalanacağı barədə məlumat açıqlanıb. Eyni zamanda tərəflərin birgə layihələrinin həyata keçirilməsi üçün işçi qruplarının yaradılmasına qərar verilib.

Sonda işğaldan azad olunan ərazilərdə görülən işlərə dəstək olmaq məqsədilə Fonda ianə edən bank sektorundan olan donorlara xüsusi “İanə Sertifikatı” təqdim edilib.

Check Also

Taleh Kazımov: “Bu il cari əməliyyatlar balansı 7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır”

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin sonuna cari əməliyyatlar balansını 7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Boyukmillet.com …