Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

YAP: “Videogörüntüləri yayılan Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılacaq”

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari il iyunun 30-da keçirilmış hesabat konfransında artıq xitam verilib”.

Bunu “Report”un sorğusuna cavab olaraq Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …