Şənbə , 27 Aprel 2024
Drone Cameras

Qarabağ Etüdləri- FOTO

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin yardımı  ilə “Türk Dünyasının Mədəniyyət Paytaxtı – Şuşa yeniyetmə, gənclərin gözü İlə rəsmlərdə” mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsinin yekununu Beynəlxalq Qalereyada sərgi təşkil etdi.

Layihə rəhbəri və ictimai birliyin sədri Mətanət Əsgərqızı tədbiri açdı. Tədbirdə QHT rəhbərləri, şəhid ailələri iştirak edirdi.

Layihə barədə kiçik məlumat verən Mətanət Əsgərqızı 40 rəssamın, ümumi 46 nəfərlik qrupun  Zəngilan rayonunun Ağalı kəndinə səfərindən  danışdı.

O, qeyd etdi ki, rəssamlar Yeni Ağalını və köhnə Ağalını gördülər və kətan üzərinə köçürüb möhtəşəm rəsm əsərləri ərsəyə gətirdilər. Həmin əsərlər də sərgidə nümayiş olunur.  Layihə rəhbəri qeyd etdi ki, Zəngilanda 40 rəssam Diplomla təltif olundu. Əslində təltiflər sərgidə olmalıydı.Lakin yaradıcı heyət sizlərin evə əliboş dönməsini istəmədi. Orada sizi təltif etdik. Sərgidə yerlər təyin olunmalıydı.Lakin müsiflər heyəti qərara gəldi ki, hamınızı Diplomla təltif edək.Hər biriniz qalibsiniz. İstər Şuşa, istərsə də Zəngilan etüdləri o qədər canlı alınıb ki. Beləliklə, hər birinizə minnətdarlıq bildiririk ki, bu müddətdə bizə dəstək oldunuz. Bu gün də biri-birindən gözəl rəsmlər təqdim etdiniz. Rəsmlərdə həm Şuşanı həm də Zəngilanı yaşatmısız.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova  çıxışında layihənin iştirakçısı olan rəssamların 30 illik həsrətdən sonra azad olunmuş rayonlara həsr olunmuş əsərləri həvəslə işlədiklərini və layihənin uğurla yekunlaşdığını qeyd etdi .

QHT rəhbərləri Esmira Orucova, Maral Zamanova, Səbinə Kərimova  layihənin uğurlu alınmasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin  sədri Mətanət Əsgərqızının böyük əməyini qeyd etdilər. Məhz bu layihənin bir tarix yaşatdığını qeyd etdilər. Çünki bu rəsmlərin hər biri gələcəyə ötürüləcəyinə ümid etdiklərini dilə gətirdilər. Xüsusi vurğuladılar ki, yaxşı olardı bu rəsmləri aidiyyəti qurumlar alsınlar. Sərgilərdə nümayiş olunsun. Çünki yeniyetmə və gənclərin ermənilərin viran qoyduğunu çəkdikləri rəsmlərdə canlı yaşadanlar tarix qarşısında böyük xidmət göstərmiş oldular.

Sonda rəssamlar  Diplomlarla   təltif olundular. Digər tədbirlərdə olduğu kimi iştirakçı siyahıları tərtib olundu, foto video çəkildi.

Check Also

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …