“Bir gecəyarısı verilən bu bəyanat pis niyyətli bir addımdır. Heç bir təqaüdçü hərbçinin və digərlərinin toplu halda belə bir təşəbbüs etmə haqqı yoxdur. Biz bu admiralların son dövrlərdə Kiprdən Qarabağadək verdiyimiz mücadilə zamanı bir araya gələrək ölkəmiz üçün bir dəstək bəyanatı yaydıqlarını görmədik. Bunların 15 iyul dövlət çevrilişi cəhdi zamanı millətimizin yanında yer aldıqlarını da görmədik.”
Boyukmillet.com xəbər verir ki, bunu Türkliyə prezidenti Rəcəb Tayyib Ərdoğan 104 təqaüdçü admiralın 2 gün öncə gecəyarısı yaydığı hökuməti təhdid edən və dövlət çevrilişinə işarə vuran bəyanatına münasibət bildirərkən deyib. Ərdoğan 104 admiralın yaydığı bəyanatın ifadə azadlığı ilə əlaqəsi olmadığını bildirib.
“Burdakı məsələ əsla ifadə azadlığı deyil. Bu adamların bəziləri fikirlərini müxtəlif tədbirlərdə, media orqanlarında dilə gətiriblər. Heç birinə qarşı etdikləri açıqlamalara görə istintaq açılmayıb. Amma bir gecəyarısı 104 təqaüddə olan admiralın birləşib belə bir bəyanatla çıxış etməsi əsla qəbul edilə bilməz. Buna ifadə azadlığı da deyilə bilməz. Yayılan bəyanata millətimizin sərt təpki verməsinin səbəbi də haqsız bir kampaniyanın aparılmasıdır. Özünü aydın hesab edən bir qrup uzun müddətdir dövləti, məhkəməni hədəf alıb. Üstəlik bunların bir çoxu da bir tikili daşı olmayan şəxslərdir. Biz bu bəyanat yayılar-yayılmaz siyasətçilərin duruşunu izlədik. Xalqın seçiminə qarşı olan bütün bəyanatların arxasında duran zehniyyət bu dəfə də səfini eyni istiqamətə yönəltmişdir. CHP-ni bir daha xalqın seçiminin yanında yer almağa çağırıram. Bu məsələdə milli iradənin yanında olan hər kəsə şəxsim və millətim adından təşəkkür edirəm.
Verilən bəyanatda iki iddia ortaya atılıb. 1. Montrö müqaviləsinin müzakirəyə açılmasıdır.2. Mətbuatda yayılan bəzi görüntülər. Boğazların statusu ilə bağlı problemlər sonrakı illərə saxlanılıb. 1936-cı ilədə boğazlarla əlaqəsi olmayan dövlətlərlə Montrö müqaviləsini imzaladıq. Dövrün şərtləri üçün bu önəmli bir müqavilə idi. Boğazlardakı gəmi trafiqini təhdit etməsi də ayrı bir məsələdir. Daha yaxşısı üçün imkan qazanana qədər bu müqavilə ilə davam edirik. Bu müqavilə ilə bağlı diplomatiyada, mediada bir çox fikir ortaya qoyulub. Bu gü də bu müzakirələr davam edir. Heç kim bu müzakirələrə görə kiminsə yaxasından yapışmamış, məsələni fərqli məcralara cəkməyə cəhd etməmişdir. Fəqət öncəki gecə yayılan bəyanat bunun xaricindədir. Bu bizim haqqımız uğrunda apardığımız mücadilədir.
Təssüf ki, biz İstanbul Boğazında tam haqqımızı ala bilməmişik. Kanal İstanbul bizim bu haqqımızı təhsis edəcəkdir. Mənim vəzifəm Türkiyənin haqq və məfətləri əyi tələb edirsən, ou etməkdir. Möntrödən çıxmaqla bağlı bir fəaliyyətimiz yoxdur. Fəqət, gələcəkdə belə bir vəziyyət yaranarsa önümüzə gələn hər şeyi detallı dəyərləndirməkdən də qaçmarıq”, deyə Ərdoğan qeyd edib.