Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Qarabağ Universitetində işləmək üçün ilk vakansiya elan edilib

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …