Bazar ertəsi , 6 May 2024
Drone Cameras

“Qarabağ” və “Neftçi”nin avrokubok oyunlarının başlama saatı açıqlanıb

“Qarabağ” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, Ağdam klubunun Şotlandiya “Aberdin”i ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi ilk görüş saat 20:00-da, cavab matçı isə Bakı vaxtı ilə 22:45-də başlayacaq.

“Neftçi” birinci qarşılaşmanı evdə oynayacaq. İsrailin “Makkabi” (Hayfa) klubu ilə hər iki matçın başlama saatı 21:00-dır.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 17-si və 26-da olacaq.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …