Cümə , 10 May 2024
Drone Cameras

“Qarabağda uşaqlıq” adlı tamaşa nümayiş olunub

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində 1 İyun Uşaqların Ümumdünya Müdafiə günü münasibəti ilə şəhid övladları üçün tədbir təşkil edib.

Boyukmillet.com xəbər verir ki, tədbir şagirdlərin vətənpərvər şüarlardan ibarət xor çıxışı ilə başlayıb.

“Qarabağda uşaqlıq” adlı tamaşanın nümayişindən sonra şagirdlər şeirlər səsləndirib və piano müşayiəti ilə mahnı oxuyublar. Daha sonra “Tarix dərsi” tamaşası, Vətən Müharibəsi qurbanları ilə bağlı video-çarxlar, kliplər göstərilib, şəhidlərin xatirəsi anılıb.

Şəhid övladlarının çıxışları və 44 günlük müharibədən bəhs edən tamaşanın ardınca himn səsləndirilib.

Tədbir Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlunun çıxışı ilə yekunlaşıb.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …