Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Qarabağda yüksək müharibə riski: Azərbaycan bu dəfə aviasiyasını işə salacaqmı

Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədə dərindir ki, üfüqdə heç bir nizamlanma əlamətləri görünmür.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un məruzəsində bildirilir.

“Stratfor” təhlilçiləri qeyd edirlər ki, Fransa bu yaxınlarda Əliyevlə Sərkisyan arasında sammit təşkil etməyə çalışıblar, lakin bu səylər nəticə verməyib. “Rusiya sülh prosesinin irəliləməsində maraqlıdır, bir şərtlə ki, ona regionda öz qoşunlarını yerləşdirməyə icazə versinlər”-məruzədə deyilir.

 

Amerikalı təhlilçilərə görə əgər Azərbaycan ötən ilin aprelində olduğu kimi qısamüddətli hərbi əməliyyatlarda ərazilərin bir hissəsini geri qaytarmağa cəhd eləsə Moskva regiona qoşun yeridə bilər. Əks halda Rusiyanın məqsədi münaqişənin nizamlanması halında regionda özünün sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsini qoyacaq.

“Stratfor” bildirir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir. Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür.

 

“Dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca Yerevanda narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər. Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı genişləndirir”-məruzədə göstərilir.

 

“Stratfor” təhlilçiləri ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında çox şey dəyişib. Ermənilər növbəti qəfil həmlə ehtimalına qarşı təmas xətti boyu hərbi texnika yerləşdirib. ABŞ-da yeni administrasiya hakimiyyətə gəlib və onun Rusiyaya dair mövqeyindən Qarabağ danışıqlarında çox şey asılı olacaq.

 

“Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir. Bununla belə Azərbaycan Rusiyadan dəstək almasa ərazilərini geri almaq üçün ötən ilin aprelindəkinə bənzər hərbi əməliyyatlara cəhd etmək istəmir. Lakin məsələ ondadır ki, Bakı başqa yanaşmanı sınaqdan keçirmək istərdimi-məsələn, hərbi təyyarələri də tətbiq etməklə Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyatlara başlamaq kimi. Bu halda isə Ermənistan özünün raket sistemlərini tətbiq edəcək, Sərkisyan “Qarabağı qorumaq üçün tərəddüd etmədən bütün arsenalı işə salacağını” deyib”-məruzədə deyilir.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir