Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

“Qarabağ”ın futbolçusunun vurduğu qol həftənin ən yaxşısı adına namizəddir

Avropa Liqasının qrup mərhələsində VI turun ən yaxşı qolu adına namizədlər bəlli olub.

Boyukmillet.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın Bakıda İsveçin “Hakken” komandasına vurduğu qol da yer alıb.

29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub. Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents Assinyon və Yunanıstanın “Olimpiakos” kollektivindən Daniel Podensedir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …