Cümə , 3 May 2024
Drone Cameras

“Qarabağ”ın hücum tandemi Messi-Mbappe cütlüyündən daha məhsuldardır

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında birlikdə 38 qol vurublar.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan millisinin üzvləri müvafiq olaraq hərəyə 20 və 18 dəfə rəqib qapılarına yol tapıblar.

Avropanın “Top-5” liqalarında yalnız bir tandem bundan çox qola imza atıb. “Mançester Siti”nin İngiltərə Premyer Liqasındakı ən məhsuldar oyunçuları olan Erlinq Holann və Fil Foden rəqib qapıçıları birlikdə 41 dəfə məyus ediblər.

“Böyük beşlik” ölkələrində bu baxımdan ikinci sırada Fransa çempionatının ulduzları Kilian Mbappe və Lionel Messi qərarlaşıblar. PSJ-nin hücumçularının Liqa 1-də ümumi qol sayı 37-dir ki, bu, Qurbanlı-Şeydayev tandemindən 1 top azdır.

“Top-5” liqaların ən məhsuldar 5 tandemi:

İngiltərə Premyer Liqası: 41 qol (“Mançester Siti”) – Erlinq Holann (32) / Fil Foden (9)

Fransa Liqa 1-i: 37 qol (PSJ) – Kilian Mbappe (22) / Lionel Messi (15)

İtaliya A seriyası: 33 qol (“Napoli”) – Viktor Osimxen (21) / Xviça Kvaratsxeliya (12)

İngiltərə Premyer Liqası: 32 qol (“Tottenhem”) – Harri Keyn (24) / Xın Min Son (8)

Fransa Liqa 1-i: 29 qol (“Monako”) – Vissam Ben Yedder (17) / Bril Embolo (12)

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …