Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Qarabağ”ın koordinatoru “Qalatasaray”ın akademiyasını ziyarət edib

“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, qonaqları “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik qəbul ediblər.

Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.

Check Also

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib. ​UEFA-nın açıqladığı klub əmsalları reytinqində Azərbaycan təmsilçisi “Qarabağ” 69-cu …