Cümə , 27 Fevral 2026
Drone Cameras

Qazaxıstan prezidenti 29 il sonra istefa verdi – TARİXİ QƏRAR

 
 
Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.
Boyukmillet.com-un məlumatına görə, bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib. Seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev icra edəcək.
 
Qeyd edək ki, Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib.
 
24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.
 
Evlidir, üç qızı var.
 
Nazarbayev 3 aprel 2017-ci ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir