Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Qazaxıstan səfiri: “Dağlıq Qarabağ münaqişəsinin KTMT-yə aidiyyəti yoxdur”

Dağlıq Qarabağ münaqişəsi KTMT ilə bağlı deyil və danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməlidir.

Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev bildirib.

“Qazaxıstanın mövqeyi belədir ki, biz Dağlıq Qarabağ problemini mötərizədən kənara çıxarır və KTMT ilə heç cür bağlamırıq. Çünki bu, regional münaqişədir. Onu beynəlxalq hüquq normalarına uyğun olaraq həll etmək lazımdır”, – T.Urazayev vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstanın mövqeyi çoxdan bəllidir, ölkəsi məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərfədarıdır.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir