Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Qazaxıstan Prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

Bu barədə “Report”a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …