Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Qazaxıstan Prezidenti: “Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir”

Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində səsləndirib.

Qazaxıstan Prezidenti deyib ki, Ulu Öndər müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.

“Əslində, Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər”, – deyə o vurğulayıb.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …