Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə səhiyyə naziri Aleksey Tsoy vəzifəsindən azad edilib.

“Dövlət başçısının sərəncamı ilə Aleksey Vladimiroviç Tsoy Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib”, – mətbuat xidmətindən bildirilib. 44 yaşlı nazirin vəzifədən azad olunma səbəbi açıqlanmayıb.

Bundan əvvəl Tokayev “KazAvtoJol” milli şirkətinin rəhbəri Ulan Alipovu vəzifəsindən azad edib. Avtomobil yollarının idarə edilməsi üzrə milli operatorun rəhbərinin işdən çıxarılmasına səbəb işinin qənaətbəxş olmaması olub.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …