Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Qazaxıstan rəsmisi: “Azərbaycanla ticari əməkdaşlığın inkişafında maraqlıyıq”

“Qazaxıstan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclasında deyib.

Onun sözlərinə görə, hər il iki ölkənin şirkətləri arasında azı 30 milyon ABŞ dolları məbləğində müqavilələr imzalanır.

K.Torebayev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyərinin 262 milyon ABŞ dollarına çatdığını da əlavə edib.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …