Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Qazaxıstan XİN rəsmisi: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin öhdəsindən yaxşı gəlib”

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin öhdəsindən yaxşı gəlib”.

Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda baş tutan Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

O, sammitin təşkilinə görə Azərbaycana təşəkkür edib.

Nazir müavini vurğulayıb ki, pandemiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün ölkələr inklüziv dünya naminə birgə fəaliyyət göstərməlidir.

Onun sözlərinə görə ki, Dayanıqlı İnkişaf Məqsədləri koronavirus pandemiyası səbəbindən ciddi maneələrlə üzləşib: “Qazaxıstan çoxtərəfli dialoqa və fikir mübadiləsinə sadiqdir”.

K.Tumış əlavə edib ki, Qazaxıstanın təşkil etdiyi və iyunun əvvəlində Prezident Kasım-Jomart Tokayevin himayəsi ilə keçiriləcək “Astana” beynəlxalq forumu da beynəlxalq çağırışlarla mübarizəyə töhfə verəcək.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …