Bazar , 8 Fevral 2026
Drone Cameras

Qazaxıstana məxsus konteyner gəmisi Bakı Limanındadır

Qazaxıstanın “Kazmortransflot” şirkətinə məxsus “Barys” konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau limanından Bakı limanına gəlib.

Boyukmillet.com bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.

Məlumata görə, bu gün səhər saatlarında Azərbaycan paytaxtına çatan gəmidən konteynerlər sürətli şəkildə aşırılır. Bu gəmi vasitəsi ilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb ki, onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, 2 konteyner isə idxal üçün nəzərdə tutulub. Bu konteynerlərin 85 ədədində tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …