Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Qazprombank”: “Azərbaycanın neft-qaz sektoru qısamüddətli perspektivdə sürətlənəcək”

Avropada “mavi yanacağa” artan tələbatı qarşılamaq üçün Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə təbii qazın tədarükü artdıqca, Azərbaycanın neft-qaz sektorunun bərpası qısa müddətdə sürətlənəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Qazprombank”ının araşdırmasında deyilir.

“Yanvar-fevral aylarında ölkənin neft-qaz sektorunda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 3,6 %-ə (2023-cü ilin yanvarında qeydə alınmış –4,6 %-ə qarşı) qədər səngiyib. Bu, qaz hasilatının illik ifadədə 4 % artması ilə əlaqədardır”, – bank analitikləri qeyd edirlər.

Onların fikrincə, yanvar-fevral aylarında Azərbaycanın ÜDM-in dinamikası əsasən ötən ilin yüksək baza effekti ilə bağlı olub, belə ki, o zaman iqtisadi artım illik müqayisədə 6,7 % təşkil edib: “Maraqlıdır ki, neftin qiymətinin düşməsi fonunda qeyri-neft-qaz sektoru Azərbaycanın iqtisadi artımının əsas təkanverici qüvvəsinə çevrilib. Qeyri-neft-qaz sektorunda artım illik ifadədə 1,7 %-dən 4,6 %-ə yüksəlib. Bu, cari ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatını müsbət dinamikaya yönəldən əsas amil olub. Hesab edirik ki, Qarabağda layihələrin həyata keçirilməsi sayəsində qeyri-neft-qaz sektorunda artım bərpa olunacaq”.

“Qazprombank”ın iqtisadçıları hesab edirlər ki, bu layihələr Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafına güclü təkan verir. 2022-ci ildə azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin maliyyələşdirilməsinə 6,5 milyard manata yaxın vəsait xərclənib ki, bu da ÜDM-in 5 %-ni təşkil edir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkədə ÜDM 0,4 % artaraq 19,8 milyard manat təşkil edib.

“ÜDM-in strukturuna əsas töhfəni 50,3 % payla sənaye verib. Hesab edirik ki, Azərbaycanda fevral ayında ÜDM-in müsbət dinamikasının bərpası gözləniləndir, bu isə ölkənin avrobondları üçün neytraldır”, – bankın analitikləri qeyd edirlər.

Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Bu ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr qaz satılıb. 2022-ci ilin analoji dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 18,7 % artıb.

Check Also

“Black Sea Energy Cable” üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır

“Black Sea Energy Cable” layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır. …