Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən əlilliyi olan xanımların peşə kursları layihəsi yekunlaşdı

28.11.2022-ci il tarixində “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi Sumqayıt şəhər Gənclər evində sertifikatlandırma mərasimi təşkil etdi.

Boyukmillet.com xəbər verir ki, tədbiri ilk giriş sözü ilə layihə rəhbəri Səbinə Kərimova açaraq, iştirakçıları salamladı və görülən işlər barədə geniş məlumat verdi. O,bildirdi ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi,Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili” layihəsinin icrasına başlayıb. Layihəmizin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. Bu gün layihənin yekun tədbiri təşkil olunur.

Biz bu iki ayda layihənin gedişatını izlədik və nəinki biz hətta sosial şəbəkə istifadəçiləri, feysbuk,instagram da olan dostlar bu layihəni izlədilər və bir növ həm də monitorinq etmiş oldular. Bundan əlavə 2 ay müddətində xanımlarımız modellər üzərində işlədilər və onların sərbəst işi bizi çox sevindirdi. Bu gün kurslarımızı bitirən xanımlar sertifikatlarla təltif oluancaq və ümüd edirəm ki, bu yaxın gələcəkdə onlar öz işlərini quracaqlar. Bizim təşkilatın məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onları təhsilə,peşəyə yönəltməkdir. Biz bu işi uğurla davam etdiririk.Sizin hər birinizin əldə etdiyi nailiyyətlər bizim uğurumuzdur.

Bu layihənin də nəticəsi olaraq qeyd edim ki, biz təşkilat olaraq Dövlət Məşqulluq Agentliyi ilə əməkdaşlığa başlamışıq və onlar bizim beş əlilliyi olan xanımımızı özünəməşqulluq proqramına cəlb ediblər və onlar üçün yaxın zamanlarda gözəllik salonu yaradılacaq. Bu xanımlar salonda peşəkar mütəxəsis kimi fəaliyyət göstərəcəklər.

Düzü bu biraz xanımlarımızı qorxutsa da lakin biz hər bir işin öhdəsindən gələcəyimizə inanıram və layihə bitsə də xanımlarımız yenə öz ustalarının yanında ilin sonuna kimi təlim keçməkdə davam edəcəklər. Bundan əlavə təşkilatımız tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə tövhə olaraq, əlilliyi olan Lalə xanımla bağlı video-rolik hazırladıq .Onun ilk dəfə salonda bəzənməsinə ona və ailə üzvülırinə çox xoş təəssürat bağışladı. Sonra təlimçi Xəyalə Əhmədova və Könül Abasova bu iki ayda gördükləri işdən və kursda baş verənlərdən geniş danışdılar. Yekunda hər bir iştiraçıya sertifikatlar təqdim olundu və hazırlanmış video çarxın nümayişi ilə tədbir yekunlaşdı.

Check Also

Baş nazirdən taksilərlə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki …