Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

QHT Agentliyinin dəvəti ilə  Bosniya və Herseqovina QHT-ləri Azərbaycana gələcək

Fevralın 23-28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT—lərin nümayəndələri Azərbaycana səfər edəcəklər.


Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT nümayəndələri ilə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbanları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.


Eyni zamanda, Srebrenitsa qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri də nəzərdə tutulub.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …