Bazar , 8 Sentyabr 2024
Drone Cameras

QHT.az saytı yeni dizaynda

7 ildir fəaliyyət göstərən QHT.az saytının dizaynı dəyişib.

Bu barədə QHT.az saytın rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. O bildirib ki, saytın köhnə versiyası 2015-ci ildə yaradılmışdı və müasir texniki tələblərə cavab vermirdi. “Saytımız artıq yeni dizaynla, müasir tələblərə cavab verən və təkmilləşmiş formada hazırlanıb. Saytın funksionallığı artırılıb.” 

2015-ci ildən fəaliyyət göstərən QHT.az ötən dövrdə ixtisaslaşmış sayt funksiyasını həyata keçirib və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək,  QHT sədrlərinin  ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarət olub.  

Vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən QHT.az  ötən dövr ərzində Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və  oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı  2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub. Beynəlxalq hesabatlarda dəfələrlə QHT.az saytının vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək xüsusi olaraq qeyd edilib.

Portalın rəhbəri qeyd edib ki, onlayn media subyektlərinə qoyulan tələbləri yerinə yetirmək üçün sayt da fəaliyyətində bəzi dəyişikliklər etmək məcburiyyətində qalıb. Amma sayt maksimum çalışacaq ki, əsas kontent vətəndaş cəmiyyəti sektorunu əhatə etsin. 

Qeyd edək ki, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həmçinin İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədridir. Təşkilat BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzvüdür.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …