Cümə , 3 May 2024
Drone Cameras

QHT Gənclər və İdman Naziri ilə görüşüb – FOTOLAR

Dekabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə komitənin inkişafı, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az- a bildirib ki, görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Deflimpiya Komitəsinin idarə heyətinin üzvləri Yalçın Niftiyev, Səidə Babazadə, Sahib Gülməmmədov, Sevgiyə Qasımova, Nərgiz Abdulova və mən iştirak edirdik: “Eşitmə məhdudiyyətli, prezident mükafartçısı Nərgiz Abdulova gənclər və idman naziri Fərid Qayıbovla görüşərək, Jest dilində danışanlarla ünsiyyət qurmaq istəyən insanlar üçün “Səssiz dünyaya körpü” adlı kitabı nazirə təqdim edib”.

Pərvanə Fərhadqızı

Fotolar

Check Also

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …