Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

QHT layihənin məlumatlandırılmasını canlı yayımda icra etdi

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin icra etdiyi  “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə mövzusunda  rəsm müsabiqələrinin və görüşlərin təşkili  layihəsi illərlə həsrətində olduğumuz, ruhumuzun, mədəniyyətimizin paytaxtı Şuşaya , Vətən Müharibəsi qələbənin, qəhrəmanların və onların döyüş yolunun yeniyetmələr və gənclər  arasında təbliğinə həsr olunur.

Boyukmillet.com xəbər verir ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Layihə rəhbəri Mətanət Əsgərqızının məlumatına görə senyabrın 13-də tərəftaş təşkilat olan Beynəlxalq Qalerayının ofisində Şuşaya gedəcək rəssamların kiçik bir qrupu ilə görüş olub və  sosial şəbəkədə canlı yayımda layihənin məlumatlandırmasını, ictimai müzakirəsini keçirib.Layihə barədə geniş məlumat verib. Qeyd edib ki, əsas niyyət həm də erməni vandallarının dağıtdığı Şuşanı rəsmlərdə gələcəyə ötürməkdir.

Münsiflər heyətinin sədri Elnurə İsgəndərova Beynəlxalq Qalereyanın belə ciddi layihədə tərəfdaş olduğuna görə minnətdarlığını bildirdi. Rəssamların Şuşa səfərinə çox həvəslə hazırlaşdığının şahidi olduğunu dilə gətirən Elnurə İsgəndərova  inandığını bildirdi ki, onlar orada gözəl vətənpərvərlik rəsmləri yaradacaqlar.

Rəssam Misir Maqsudlu çox həyəcanlı olduğunu bildirərək,çəkəcəyi rəsmi artıq xəyalında qurduğunu qeyd etdi.

Daha sonra çay süfrəsi arxasında Şuşa səfərinin detalları müzakirə olundu.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …