Bazar , 19 May 2024
Drone Cameras

QHT sədri: “Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil”

“Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil”.

Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, bunu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Suqovuşanda aprelin 26-da baş vermiş mina insidenti ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Sülh müqaviləsi imzalamaq istəyirsənsə, bu qədər günahsız insanı mina qurbanına çevirməyə nə ehtiyac var?! Buradan Ermənistana səslənirik ki, terrora son qoyun, regionda sülhün, sabitliyin, qarşılıqlı əməkdaşlığın bərqərar olmasına öz töhfənizi verin”, – deyə o bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti (BAMF) Umud Mirzəyev isə vurğulayıb ki, Ermənistan ötən illər ərzində azad olunan ərazilərdə basdırdığı minaların dəqiq xəritələri haqqında Azərbaycana məlumat vermir: “Həmçinin bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş əraziləri yenidən minalarla çirkləndirir. Nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Bu günədək BAMF-nin üç əməkdaşı şəhid olub. Təbii ki, bu kimi hadisələrdən sığortalanmamışıq. Çünki fəaliyyətimiz məhz azad olunan ərazilərdə həyata keçirilir”.

Tədbirdə çıxış edən digər QHT nümayəndələri də bu kimi terror hadisələrinə qarşı olduqlarını bildiriblər.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …