Cümə , 22 Noyabr 2024
Drone Cameras

QHT sədri: Gözə görünməyən təhlükədən yalnız vətəndaş məsuliyyəti xilas edə bilər

24 iyunda Cənab Prezident İlham Əliyev və l vitse-prezident, birinci xanım Mehriban Əliyeva Gəncə şəhərinə səfəri zamanı, ölkəmizdə pondemiya zamanı, həyata keçirilən tədbirlərdən danışdılar. 
Dünya ölkələri çətin sınağdan keçdiyi bir dövrdə, hər bir ölkə fərqli qaydalarla ölkə iqtisadiyyatını və vətəndaşını minimum itkilərlə başa vurmağa çalışır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev COVİD-19 virusunun ölkəmizə ayaq açdığı gündən, atılacaq ilk addım vətəndaşı qorumağa yönəldi. Ölkə iqtisadiyyatımıza mənfi təsiri olmadan ötüşməyəcək bir vəziyyətdir. Yalnız bununla yanaşı ölkədə heç bir sosial layihələrə fasilə verilmədi. 
Veteranlar və məcburi köçkünlər üçün evlər tikilib təhvil verildi, məktəblər inşa olundu, pandemiya dövründə 600 min vətəndaşa 190 m.3 ay müddətində birdəfəlik ödəmə təmin olundu. Virusa yoluxmuş xəstələr üçün 5 Modul tipli xəstəxana quraşdırıldı və istifadəyə verildi. Görülən işlərə və virusla mübarizəyə 3 milyard manat ayrıldı.Maska və tibbi geyim istehsal edən fabriklər istifadəyə verildi ki, buda ölkəmizin digər istehsalçı ölkədən asılı olmamasını təmin etdi. Ölkə başçısı əhaliyə nümunə olaraq qapalı məkanlarda maskadan istifadə etdiyini bildirdi və örnək oldu.Ölkə başçısı və Mehriban Xanım vətəndaşlara müraciət edərək daha məsuliyyətli olmağı xahiş etdilər. Dövlət vətəndaşına qayğı və diqqətini davam edir .Azərbaycan və bütün dünya virusla mübarizə aparır, vətəndaş isə öz növbəsində məsuliyyət daşımalı, tibbi maskadan istifadə etməli və sosial məsafəyə riayət etməlidir. Yalnız bu gün yoluxma sayı artıq 500-ü keçdiyinə görə, deməli vətəndaş məsuliyyəti zəifdir və əməl olunmur. Vətəndaşın məsuliyyətsizliyi ilk növbədə özünü sonra ətrafını və ümumilikdə cəmiyyəti zərbə altında qoyur. 
Ölkədə görülən bu qədər genişmiqyaslı işlərə vətəndaş məsuliyyətsizliyi kölgə salır. DİN Polis gecə-gündüz sağlamlığını, ailəsini düşünmədən vətəndaşları qoruyur və virusla bağlı məlunatlandırma, qaydalara əməl etmə tədbirlərini həyata keçirir. Həkimlərimiz fasiləsiz xəstələrə qayğı göstərir və neçə-neçə dəyərli həkimlərimizi itirdik virus üzündən. Amma vətəndaş bu acılarada etinasız yanaşır və yenə də tibbi maskadan istifadə etməyi sanki özünə yaraşdırmır. Vətəndaş məsuliyyətini ciddi şəkildə anlamazsa, qaydalara əməl etməzsə sərtləşdirilmiş karantin qaydaları qaçılmaz olacaq. Bu elə bir bəladır ki, bütün dünya virusla mübarizəyə qalxıb. Burda ən başlıca vəzifə isə vətəndaşın üzərinə düşür.
Vətəndaş öz ölkəsini, öz yaxınını, doğmalarını, özünü, xalqını, vətənini sevirsə, Dövlətə dəstəyini yalnız karantin qaydalarına əmək etməklə, tibbi maskadan istifadə edərək, ictimai qınaqdan nəticə çıxararaq göstərməlidir. Bu gün Vətən sevgisinin nümayişi bundan ibarətdir. Azərbaycanımızı karantin qaydalarına əməl edərək, gözə görünməyən təhlükədən yalnız vətəndaş məsuliyyəti xilas edə bilər. Vətəndaş və Dövlət Həmrəyliyinin yüksək səviyyədə nümayiş etdirmək vaxtıdır.
Zülfiyyə NuriyevaQHT sədri

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …