Bazar , 29 Sentyabr 2024
Drone Cameras

QHT sədri: “Qış ekoməktəbinin iştirakçıları azərbaycanlı fəalları dəstəkləyirlər”

“Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin qış ekoməktəbinin iştirakçıları Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalları dəstəkləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyada qış ekoməktəbinin açılış mərasimində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Ceyhun Hüseynov bildirib.

Onun sözlərinə görə, RAGB-nin qış ekoməktəbi çərçivəsində bir çox ekoloji məsələlər, o cümlədən azərbaycanlı ekofəalların ekosid əleyhinə aksiya keçirməsi müzakirə edilib: “Qış məktəbinin iştirakçıları ekosidləri pisləyir və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərini, həmçinin azərbaycanlı ekofəalların fəaliyyətini dəstəkləyirlər”.

Xatırladaq ki, Şuşada keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası 54-cü gündür davam edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …