Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT sədri: Vaksinasiya karantin qaydalarında yeni yumuşalmalar üçün imkan yarada bilər

“Bir ilə yaxın müddətdir ki, hər birimiz adi həyatdan uzaqlaşmış və COVID-19 pandemiyasının diktə etdiyi qaydalarla yaşayırıq. Bəzi xarici ölkələrə müqayisədə ölkəmizdə koronavirusla mübarizə prosesi idarəolunan səviyyədədir və ən az itkilərlə müşahidə olunmaqdadır”. Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının sədri Cəsarət Hüseynzadə deyib. QHT sədri bildirib ki, heç şübhəsiz ki, dövlət tərəfindən vaxtında atılan addımlar sayəsində bu gün ki, stabil vəziyyət hökm sürməkdədir: “Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizənin ilk günlərindən həyata keçirilən tədbirlərin, görülən preventiv işlərin nəticəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısını almaq mümkün olmuşdur.Təəssüf ki,  ötən dövrdə hökumətin bəzi sərtləşdiriçi addımlarını tənqid edənlər də oldu. Zaman isə atılan addımların düzgünlüyünü bir daha sübut etdi. Gəlin, unutmayaq ki, COVID-19 dövrü bitməyib. Bütün dünyada pandemiyanın yeni ştammı sürətlə yayılır. Belə şəraitdə dövlət tərəfindən atılan addımları hər birimizin dəstəkləməsi və təbliğ etməsi vacibdir. Dövlətimiz tərəfindən həyata keçirilən düzgün siyasət nəticəsində ölkəmiz vaksinlər əldə etmiş və vaksinasiya prosesinə aparıcı dövlətlərlə  eyni vaxtda start vermişdir”. C. Hüseynzadə xatırladıb ki, bir sıra inkişaf etmiş ölkələr bu günədək dünya vaksinlərinin 50 faizdən çoxunu sifariş ediblər: “Bəzi ölkələr əhalisinin sayından çox vaksin sifariş etdiyindən vaksinləşmədə ədalət prinsipi pozulub, bu isə bir çox ölkənin vətəndaşının vaksinlərdən məhrum olmasına səbəb olur. Bütün bunlara baxmayaraq, ölkəmiz lazımi dozada vaksinin əldə edilməsinə nail olub.Məsələn, əhalisinin sayı 38 milyon olan Kanada 154 milyon insan üçün vaksin sifariş edib. Bu kimi hallar kasıb ölkələrin əhalisinin haqlarının tapdalanmasına, onların sağlamlığının risk altına düşməsinə səbəb olur. İnkişaf etmiş ölkələrin vaksin siyasəti eyni zamanda vaksinasiyanın təhlükəsizliyi və vacibliyinin bir daha əyani sübutudur”. QHT sədri qeyd edib ki,  “CoronoVAC” vaksininin 92 faiz effektivliyi mütəxəssislər tərəfindən də təsdiq edilmişdir: “Azərbaycana gətirilən “CoronoVAC” vaksini tətbiq olunmamışdan əvvəl Türkiyədə laboratoriyada araşdırılıb və COVID-19 pandemiyası  ilə mübarizədə effektivliyi bir daha təsdiq olunub. Koronovirusla mübarizədə yeni metodlarla mübarizə – vaksinasiya həm də bizim üçün sərtləşmiş karantin qaydalarında yeni yumuşalmalar üçün imkanlar yarada bilər”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …