Bazar , 28 Aprel 2024
Drone Cameras

QHT sədri yazır: Zəfər Günündən də pul qazanmaq dövlətə xəyanətdir

Bu gün Əsgər Ailələrinə Dəstək, Qadın və Cəmiyyət ictimai birlikləri ailəsində xoşbəxt anlar baş verdi.

On beş şəhid ailəsi Zəfər günümüzü təbrikə gəlmişdilər. Həm Şəhid Ailələri, Qazilər Mərkəzinin açılışını təbrik etməyə, həm də fəaliyyətinizlə tanış olub üzv olmağa gəlmişdilər! Bizim təşkilatları seçdiklərinə görə çox minnətdarıq! Müxtəlif problemləri mövcuddur.Şəkil çəkdirdik. Amma onlara söz verdik ki, 50 faiz işlərində dəstək olandan sonra şəkil paylaşacağıq. İnşallah, Allah bizi utandırmaz!!!

Bəli, məhz həm də QHT fəlsəfəsi budur: dövlət qurumlarının görmədiyi , etinasız qaldığı məsələlərdə həssas qruplara dəstək olursan.Kaş onların sevincini görərsiz. Ailələrə 15 ümid apardılar.Fəaliyyətimiz məhz həm də ona xidmət edir ki, incik vətəndaşımız olmasın.

Yoxsa ildə bir dəfə, 3 ay bizə layihə verirlər, az qalırlar gözümüzü çıxarsınlar… Amma, bəli ammadan başlayım. Qonaqları yola salırdım, TV – də fəaliyyət göstərən bir dostumuz zəng vurdu ki, Radio Gününü təbrik etmişəm , niyə baxmamısan.Həm də orada bir yazı var.

Danışa- danışa yazıya baxdım.Vauu, dədə balası, yuxarıda dediyim kimi bir layihəyə görə gözümüzü çıxarırlar. Bir çarxa QHT Agentliyi 70-80 min qatlayıb cibinə qoyur.Dostumuz dedi ki, bu faktı ona dostu atıb. Deyib ki, yuxarıdan biri dedi ki, Aygün Əliyevanın yanına get.

O sənə nə etmək lazım olduğunu deyəcək. Həmin şəxs deyir ki, xanımla görüşdüm. Məsələnin məğzi 7 noyabra qədər bir çarx çəkmək, çəkiliş qiyməti 20-30 min olsun. Ona 100 min köçürüləcək, qalanı, 70-80 mini geri qaytarmalıdır. Həmin şəxs çox əsəbləşib ki, həm yaxşı iş istəyirlər, hamballığı biz edirik, bunlar bizdən çox qazanmaq istəyirlər… Nəzarətsiz, yiyəsiz QHT sektorunda hələ çox cinayətlər baş verəcək!

Mətanət Əsgərqızı

Check Also

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …