Cümə , 10 May 2024
Drone Cameras

QHT sektorunu ‘RƏFİQƏLƏR KLUBU’NA ÇEVİRİB… – BU NƏDİ BELƏ?

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin rəhbərliyi barədə maraqlı iddia irəli sürüb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə sosoal media hesabında yazıb.

İSBAM sədri bildirir: “Növbəti araşdırmanı təqdim edirəm. QHT Agentliyinin icraçı direktoru Aygun Aliyeva Binəqədidə olan xanım dostlarını QHT sektoruna, daha dəqiqi ” qrant piştaxtasinın” arxasına toplayıb. Onlara yüksək maliyyələr ayıraraq dostluqda səxavətli olduğunu nümayiş etdirir.

Hələlik sizi 3 təşkilatla tanış edim :

1. ” Azərbaycan Milli Kulinariyasinin Araşdırılması , Təbliği və Dünyaya İnteqrasiyası ” ictimai birliyi, 9000 manat, sədr Rəsulova Firuzə. ( Aztv də çalışır, qızı Sitarə Cabbarlı Binəqədi bələdiyyəsinin sədri olub və Aygün xanımın yaxın dostudur.)

2. “Bəhram Nəsibov yaradıcılığının təbliği” ictimai birliyi, 9000 manat,

3. ” Regionların sosial iqtisadi inkişafına dəstək” ictimai birliyi, 12000 manat .
Birincisi kimlərəsə qrant verilməsinin əleyhinə deyiləm. Amma bu təşkilatların təcrübələri, ictimai sektorda fəaliyyətləri nəzərdən keçirilməlidir.

Digər tərəfdən xarici ölkələrdə həyata keçirilən layihələrə daha çox üstünlük verilməli olduğu halda, əksinə aşağı maliyyə verilir. Məsələn bir təşkilatın İstanbul layihəsinə 8000 , digərinin Özbəkistan tədbirlərinə 7000 və sair.
Avropa ölkələrində ölkəmiz üçün əhəmiyyət daşıyan layihə isə ümumiyyətlə qiymətləndirilmir 0000000…

Yaxşı Agentliyin təşkilatlara qarşı bu üslubda yanaşmasının səbəbi nədir?
Təəssüflər olsun ki, bəzi pulgir, nadan adamlar bu qədər yazılanlara öz xislətləri ilə yanaşırlar.

Bax burda qeyd etdiyim təşkilat rəhbərləri də yaxşı insan ola bilər. Amma söhbət ölü təşkilatlara qrant paylanmasindan gedir”.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

DİA.AZ

Check Also

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər …