Cümə , 22 Noyabr 2024
Drone Cameras

QHT təmsilçiləri səfir Rəşad Məmmədovla görüşdü-FOTO

Ankarada səfərdə olan Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizin qardaş Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyində keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Xüsusi Təyinatlı qazimiz Bəhruz Məmmədzadə, və digər QHT sədrləri iştirak ediblər.

ĞGörüş zamanı Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunan tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı müzakirə olunub.

Qeyd edək ki,  nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …