Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Qılıncoynatma üzrə Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Boyukmillet.com-un məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib.

Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib.

Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …