Bazar , 8 Fevral 2026
Drone Cameras

Qırğızıstan-Tacikistan sərhədində silahlı insident olub

Qırğızıstanla Tacikistan arasında sərhəddə silahlı insident qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın “AKIpress” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Qırğızıstan vətəndaşları Batken vilayətinin Batken rayonunun Koço-Boyu ərazisində tikinti işləri aparıblar. Hadisə yerinə gələn Tacikistan sərhədçiləri tikintinin dayandırılmasını tələb etməyə başlayıblar. Daha sonra mübahisə davaya çevrilib. Dava zamanı tacik hərbçilərindən biri “Makarov” tapançasından havaya 4 dəfə atəş açıb.

Tərəflər birtərəfli araşdırmalar aparmaq və nəticələri ümumiləşdirmək üçün görüşmək barədə razılığa gəliblər. Hazırda sərhəddə vəziyyət sabitdir.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra onlarla mübahisəli hissələr qalıb. Bu səbəbdən iki respublikanın sakinləri ilə hərbçilər arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

İki dövlətin hökumət komissiyaları sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqları davam etdirir.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …