Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qırğızıstan-Türkiyə Manas Universitetində “Qarabağ zəfəri” sərgisi açılıb

Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızıstan-Türkiyə Manas Universitetində “Qarabağ zəfəri” adlı sərginin açılışı olub.

Boyukmillet.com xəbər verir ki , tədbirdə respublikamızın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Qırğızıstan və Türkiyənin dövlət himnləri oxunub. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.

Tədbiri açan Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edib, Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olanlara Allahdan rəhmət diləyib, xalqımıza başsağlığı verib, qazilərimizin tezliklə sağalmasını arzulayıb. Rektor Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq bariz nümunəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən səfir Hidayət Orucov bildirib ki, 30 mart 2019-cu ildə Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazi” yanaşmasının tətbiq edilməyəcəyini və yeni yanaşma “Yeni ərazilər üçün yeni bir müharibə” tətbiq olunacağının söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın “Cıdır düzü”ndə sərxoş vəziyyətdə rəqs etməsi, habelə “Qarabağ Ermənistandır və nöqtə” deməsi, ümumiyyətlə bu ölkənin siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələdə törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərib.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verib. Nəticədə həm sürətlə irəliləyib, işğal altındakı ərazilərimizi yağılardan təmizləyib, həm də düşmənin bütün hərbi texnikasını darmadağın edib, canlı qüvvəsinə ciddi zərbə vurub. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirib.

Türkiyə Respublikasının Qırğızıstandakı səfiri Əhməd Sadık Doğan çıxışında Azərbaycan xalqının haqlı olduğunu və müharibədə haqlı qələbə qazandığını söyləyib. Səfir Azərbaycan xalqını və türk dünyasını böyük tarixi hadisə münasibətilə təbrik edib.

Sonra Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan, səfir Hidayət Orucov və Türkiyə Respublikasının ölkədəki səfiri Əhməd Sadık Doğan sərginin qırmızı lenti kəsiblər.

İştirakçılar rəşadətli ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış olublar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …