Bazar , 11 Yanvar 2026
Drone Cameras

Qırğızıstanın XİN başçısı Azərbaycan səfiri ilə görüşüb

Qırğızıstanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Jeenbek Kulubayev Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 19-20-də Azərbaycana rəsmi səfərinin yekunlarını müzakirə edib, iki ölkənin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret addımları müəyyən ediblər.

J.Kulubayev qeyd edib ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar açır.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək, ikitərəfli münasibətləri genişləndirmək və dərinləşdirmək üçün sıx işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …