Çərşənbə , 7 Yanvar 2026
Drone Cameras

QMİ Həccə gedəcək zəvvarlara növbəti çağırış edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib.

Boyukmillet.com-un məlumatına görə, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri xatırladıb ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarına qeydiyyat prosedurlarının erkən bitirilməsi üçün ciddi tələb qoyub.

V.Cahangiri qeyd edib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq:

“Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan qeydiyyata düşsünlər. Ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq sənədlərin qəbulu fevralın 15-də bitəcək”.

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Check Also

Rənglənib “kənd çolpası” adı ilə satılan toyuqlara vurulan maddələr MƏLUM OLDU: Yan təsirləri açıqlandı

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub. …