Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitinin yekunlarına dair sənəd qəbul edilib

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib.

C.Bayramov iştirakçılara iştiraklarına, gün ərzində uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib.

“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, – deyən nazir əlavə edib ki, təşkilat ölkələri COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidir.

Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …