Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qrossi ikinci müddətə AEBA-nın Baş direktoru vəzifəsinə təyin edilib

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İdarəçilər Şurası Rafael Qrossini ikinci müddətə, 2 dekabr 2027-ci il tarixinədək Agentliyin Baş direktoru vəzifəsinə təyin edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

“AEBA İdarəçilər Şurası cənab Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ildə başa çatacaq ikinci müddətə Agentliyin Baş direktoru vəzifəsinə təyin edib”, – o tviter hesabında yazıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …