Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Quba-Xınalıq yolunda qar uçqunu olub

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

AZƏRTAC xəbər verir ki, dekabrın 15-i günün ikinci yarısında qar uçqunu səbəbindən yol bir müddət bağlanıb. “Azəravtoyol” ASC-nin yerli idarəsinin ağır texnikası və canlı qüvvəsinin köməyi ilə ərazidə təxirəsalınmaz tədbirlər görülüb. Yola tökülən qar təmizlənərək avtomobillərin hərəkəti təmin olunub.

İdarənin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu yolun 36-cı kilometrliyində qeydə alınıb. Yolun həmin hissəsi qayalıq ərazidən keçdiyindən küləkli hava şəraitində qar uçqunlarının baş vermə ehtimalı var. Bununla əlaqədar növbətçi briqadalar yola nəzarət edir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir