Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb.

Boyukmillet.com xəbər verir ki, həbs qətimkan tədbiri olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər.

Qeyd edək ki, məhkəmə ötən ay onun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Check Also

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin …