Cümə , 19 Aprel 2024
Drone Cameras

Qubada şəhid bulağının açılışı olub

Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə Qubanın Qonaqkənd qəsəbəsində inşa edilən bulağın açılışı olub.

Boyukmillet.com xəbər verir ki, rayonun Qonaqkənd qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidi Kamran Orucovun adına olan bulaq istifadəyə verilib.

Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib. Həm birinci Qarabağ müharibəsi, həm də Vətənə Müharibəsində qəhrəmancasına savaşan yurdun qorxmaz oğullarının böyük bir uğura imza atdığını deyən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğuladı ki, şəhidlərimiz şəhadətə ucalmaqla əbədi ölməzlik qazanıblar. 1-ci Qarabağ müharibəsində oğlu Kamran Orucov, Vətən Müharibəsində isə nəvəsi Saleh Nuriyev şəhid olan Niyətulla Orucov vurğuladı ki, oğlu Kamran və nəvəsi Saleh könüllü olaraq ön cəbhədə hərbi xidmət edib. Nə qədər çətin olsa da o, bütün şəhid valideynlərinə sarsılmaz təmkin diləyib.

Çıxışlarda vurğulandı ki, 1-ci qarabağ müharibəsi şəhidi Kamran Orucov məzarsız qəhrəmanlarımızdandır. Ailə üzvləri illərlə onun gələcəyi günü gözləyiblər. Və bulağın onun adını daşıması indi şəhidi anmaq istəyənlərin bir ziyarət yeri olacaq.

Bulağın açılışının rəsmi lenti kəsilib. Şəhid Kamran Orucovun adını daşıyan bulağın üzərindəki xatirə lövhəsində Vətən Müharibəsi şəhidləri Saleh Nuriyevin, Cəlil Məmmədovun, Sadiq Azayev və Orxan Ömərovun da şəkilləri yer alıb.

Bulağın rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları bulağı ziyarət edib, bulaq kompleksinin önünə gül dəstələri düzüblər.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …