Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Quterreş Ukraynanın azad edilən qəsəbəsində hərbçilərlə görüşüb

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Rusiya hərbçilərinin ciddi ziyan vurduğu Kiyev vilayətinin Borodyanka qəsəbəsinə gəlib.

Boyukmillet.com xəbər verir ki, Quterreş Ukraynanın azad edilən qəsəbəsində hərbçilərlə və jurnalistlərlə danışıb.

“Mən ailəmi indi dağılan və yanan evlərdən birində təmsil edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. 21-ci əsrdə müharibələr qəbuledilməzdir”, – baş katib vurğulayıb.

Onun sözlərinə görə, səfərlər ölkələr arasında münaqişənin dinc yolla həllinə nail olmaq cəhdləri ilə bağlıdır.

Qeyd edək ki, BMT-nin baş katibi Moskva səfərindən sonra aprelin 27-də Ukraynaya gəlib.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …