Bazar , 11 Yanvar 2026
Drone Cameras

Quterreş Zelenski ilə keçirdiyi görüşün detallarını açıqlayıb

BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb.

Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib.

“Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, – BMT baş katibi deyib.

Dünya təşkilatının rəhbəri Mariupoldakı vəziyyəti böhran daxilində böhran adlandırıb.

Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya səfər edib. O, gördüklərindən dəhşətə gəldiyini qeyd edib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …