Bazar , 15 Noyabr 2026
Drone Cameras

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Azərbaycana başsağlığı verdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, başsağlığı mesajında deyilir:

“Qardaş ölkə Azərbaycanımızın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunun Qaraheybət Hərbi Hava Limanında təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində onlarla soydaşımızın həlak olması və yaralanması xəbərini böyük kədərlə öyrəndim. Allah bu faciəli qəzada həyatını itirən azərbaycanlı qardaşlarımıza rəhmət eləsin. Onların kədərli ailələrinə, əziz Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı verir, səbr diləyirəm”.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …