Cümə , 19 Aprel 2024
Drone Cameras

Quzey Kipr Türk Cümhuriyyəti yaranma gününü qeyd edir

2021-ci il noyabrın 15-i Quzey Kipr Türk Cümhuriyyətinin (KKTC) elan edilməsinin 38-ci ildönümünü qeyd edir.

Boyukmillet.com xəbər verir ki, KKTC-nin yaranmasına həsr olunan bayram tədbirlərində Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib.
Xatırladaq ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kiprdə sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin dövrün baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kiprdə etnik türklərə qarşı zorakılıq və təzyiqlərə cavab olaraq başlayıb. Türkiyə hərbçilərinin əməliyyatları Kiprdə axan qanı dayandırdı və adaya sülh gətirdi və 1975-ci il fevralın 13-də Kipr Türk federal dövləti yaradıldı.

1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Qanunvericilik Məclisi Şimali Kipr Türk Cümhuriyyətini elan etdi.

7 may 1985-ci il konstitusiyasına görə, ölkədə idarəetmə forması yarı prezidentdir. Prezident ümumxalq səsverməsi ilə 5 il müddətinə seçilir. Birpalatalı parlament proporsional əsasda 5 il müddətinə seçilən 50 üzvdən ibarətdir.

Kipr məsələsi ilə bağlı danışıqlar 1968-ci il iyunun 3-dən davam edir və yunan tərəfinin destruktiv mövqeyi ucbatından irəliləyiş olmadığı üçün dəfələrlə yarımçıq qalıb.

KKTC iqtisadiyyatında xidmət sektoru və turizm üstünlük təşkil edir.

Ötən həftə İstanbulda keçirilən Türk Dövlətlər Birliyinin zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Quzey Kipr Cümhuriyyətini də üzv dövlət olaraq qurumda görmək istəyini anons etdi. Bu isə “Yavru Vətən”lə bağlı çox mühüm mesaj və gözlənti sayıla bilər.

Check Also

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, …