Cümə , 25 Aprel 2025
Drone Cameras

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşündən imtina edib

“ABŞ-nin belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”.

Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır.

Check Also

BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan …